Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.
Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.
Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:27 / 15.11.2026
Ammar Baxşalıyev dünya çempionatında bürünc medal qazandı
Hazırda oxunan: Ammar Baxşalıyev dünya çempionatında bürünc medal qazandı
Hazırda oxunan: Ammar Baxşalıyev dünya çempionatında bürünc medal qazandı
647826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































