Bu ölkədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Hazırda oxunan: Bu ölkədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

647853

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu təbii fəlakət, fövqəladə vəziyyət və ya əvvəlcədən planlaşdırılmayan logistika əməliyyatları zamanı pilotsuz uçuş aparatlarının (PUA) uçuş-enməsi və parklanması məqsədilə ölkənin yol infrastrukturunun təkmilləşdiriləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, nazir PUA-lar üçün, ümumilikdə, 9562 yararlı yol sahəsinin müəyyənləşdirildiyini qeyd edib.

“İlkin mərhələdə 52 yol sahəsi PUA-lar tərəfindən istifadə oluna biləcək. “AKINCI” və “Bayraktar TB2” PUA-ları test mərhələsində Manisa-Balıkesir avtomobil yoluna uçuş-enmə həyata keçiriblər”, - deyə Ə.Uraloğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin nəqliyyat infrastrukturunun fövqəladə hallara hazırlığı istiqamətində addımlar bundan sonra da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin