Yəməndəki husilər əsir götürülmüş 600 hökumət əsgərini birtərəfli qaydada azad ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Əl-Masirah" televiziyası Husi Məhbusları İşləri Komitəsinə istinadən məlumat yayıb.
Təşkilatın rəhbəri Əbdülqadir əl-Murtadanın sözlərinə görə, bu, 2015-ci ildən - münaqişənin başlanmasından bəri ən böyük birtərəfli əfvdir və ümumilikdə husilərlə Yəmən hökuməti arasındakı münaqişə zamanı oxşar təşəbbüslər nəticəsində 2612 nəfər azadlığa buraxılıb.
Əsgərlərin azadlığa buraxılması Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə Sanada baş tutub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:52 / 15.11.2026
Husilər 600 Yəmən əsgərini azad etdi
Hazırda oxunan: Husilər 600 Yəmən əsgərini azad etdi
Hazırda oxunan: Husilər 600 Yəmən əsgərini azad etdi
647868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































