Təkmilləşdirilmiş F-15EX qırıcı təyyarələri Yaponiyanın cənubunda Okinava adasındakı ABŞ Hərbi Hava Qüvvələrinin Kadena bazasına yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yaponiya ictimai televiziyası yayıb.
Məlumata əsasən, modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə olaraq ABŞ xaricindəki hərbi bazaya yerləşdirilib.
Daha əvvəl bildirilmişdi ki, bu qırıcılardan 36-sının cəmi bir neçə il ərzində Okinavaya yerləşdirilməsi planlaşdırılır.
Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu da bəzi bombardmançı təyyarələri üstələyir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:15 / 15.11.2026
ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirdi
Hazırda oxunan: ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirdi
Hazırda oxunan: ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirdi
647850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































