Portuqaliya millisi Ronaldonun şərəfinə meydana 7 nömrəli formalarla çıxdı - Video

Hazırda oxunan: Portuqaliya millisi Ronaldonun şərəfinə meydana 7 nömrəli formalarla çıxdı - Video

647815

UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarka yığması ilə qarşılaşan Portuqaliya millisinin futbolçuları milli komandadakı karyerasını başa vuran ulduz hücumçu Kriştiano Ronaldonun şərəfinə meydana 7 nömrəli formalarla çıxıblar.

Bizim.Media xəbər verir ki, Portuqaliyanın Braqa şəhərindəki "Munisipal-di-Braqa" stadionunda baş tutan və sloveniyalı hakim Rade Obrenoviçin idarə etdiyi görüş meydan sahibləri üçün uğursuz nəticələnib.
 

Qarşılaşma Danimarka yığmasının 4:1 hesablı böyükhesablı qələbəsi ilə yekunlaşıb. Danimarkanın heyətində Pyerr-Emil Höybyerq (43-cü dəqiqə), Rasmus Höylund (50 və 57-ci dəqiqələr) və Yoahim Andersen (75-ci dəqiqə) fərqləniblər. Portuqaliyanın yeganə təsəlli qolunu isə 90+3-cü dəqiqədə Bernardu Silva vurub.


Xatırladaq ki, 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 20 avqust 2003-cü ildə, 18 yaşında olarkən Qazaxıstan yığmasına qarşı yoldaşlıq oyununda (1:0) edib. O, milli komandanın heyətində keçirdiyi ümumilikdə 234 oyunda 146 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldo yığma ilə 2016-cı ildə Avropa çempionu olub, həmçinin iki dəfə (2018/2019 və 2024/2025 mövsümlərində) UEFA Millətlər Liqasının qalibi adını qazanıb.



Portuqaliya millisi Ronaldonun şərəfinə meydana 7 nömrəli formalarla çıxdı - Video - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin