Məşhur qorxu yazıçısı Stiven Kinq ABŞ-da hava hərəkətinin texniki nasazlıq səbəbindən dayandırılmasını yumoristik şəkildə şərh edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, X hesabında yazıb.
“Yadplanetlilər Yerə enib. Uçuşların dayandırılmasının ƏSL səbəbi budur. Onlar dünya miqyasında panika yaratmaq istəmirlər. Kor olsalar da, inanılmaz dərəcədə yaxşı eşidirlər”, deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 13-də ABŞ-da hava hərəkətinə nəzarət sistemində yaranan texniki problem səbəbindən uçuşlar müvəqqəti dayandırılıb. Ölkənin Federal Aviasiya Administrasiyası problemin köhnəlmiş kommunikasiya infrastrukturu və texniki nasazlıqla əlaqəli olduğunu bildirib.
Həmin gün Microsoft xidmətlərində də qlobal fasilələr yaşanıb. Bununla yanaşı, ABŞ-da bir sıra digər qeyri-adi hadisələr baş verib. Lakin bu hadisələrin vahid hücumla əlaqəli olduğuna dair təsdiqlənmiş sübut yoxdur.
Kinqin paylaşımı isə real yadplanetli müşahidəsi və ya rəsmi açıqlama deyil, hadisələrə yumoristik münasibətidir.
Bizim.Media







































































































