İndoneziyanın Qərbi Yava əyalətində baş verən güclü tufanlar və qasırğalar nəticəsində 496 bina, o cümlədən yaşayış evləri, mağazalar və ictimai obyektlər zərər görüb.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət noyabrın 13-ü və 14-də əyalətin bir neçə rayonunu əhatə edib.
Ümumilikdə, 336 yaşayış binası zədələnib ki, bunlardan 63-ü ciddi şəkildə dağılıb.
Ən ağır nəticələr Qərbi Bandunq dairəsində qeydə alınıb - burada 195 evə ziyan dəyib. Bandunq dairəsinin rəhbərliyi tərəfindən fövqəladə vəziyyət elan edilib və evləri güclü dağıntıya məruz qalan sakinlərə yardım göstəriləcəyi bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:35 / 15.11.2026
İndoneziyada güclü tufan: 496 binaya zərər dəydi
Hazırda oxunan: İndoneziyada güclü tufan: 496 binaya zərər dəydi
Hazırda oxunan: İndoneziyada güclü tufan: 496 binaya zərər dəydi
647883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































