Salyanda avtomobil yoldan çıxaraq aşdı: Ana və qızı xəsarət aldı

Hazırda oxunan: Salyanda avtomobil yoldan çıxaraq aşdı: Ana və qızı xəsarət aldı

647866

Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə zamanı idarəetmədən çıxan “Hyundai Avante” markalı minik avtomobili yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin