Braziliya futbolunun əfsanəsi Ronaldinyo 11 illik fasilədən sonra yaşıl meydanlara qayıdıb.
Bizim.Media xəbər verir ki, bu, İtaliya C Seriyasının (üçüncü divizion) XIV turunda baş verib.
Ronaldinyonun formasını geyindiyi "Ravenna" doğma meydanda "Forli" klubunu qəbul edib.
Qarşılaşmaya start heyətində başlayan braziliyalı futbolçu ilk hissə ərzində meydanda olub və 36-cı dəqiqədə komandasının ilk qolunun vurulması ilə nəticələnən kombinasiyada iştirak edib.
Görüş "Ravenna"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda C Seriyasının B qrupunda 32 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub, 2005-ci ildə isə "Qızıl top" mükafatını qazanıb.
O, karyerası ərzində "Qremio", "PSJ", "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" klublarında çıxış edib.
Braziliyalı futbolçu peşəkar karyerasını başa vurduğunu 2018-ci ilin yanvarında elan etsə də, son rəsmi matçını 2015-ci ildə keçirmişdi.
Bizim.Media

- A-
- A
- A+
İdman
02:43 / 16.11.2026
Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
Hazırda oxunan: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
Hazırda oxunan: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı, komandası qələbə qazandı
647894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































