Messi yenə hamını qabaqladı

Hazırda oxunan: Messi yenə hamını qabaqladı

647872

Argentinalı futbol ulduzu Lionel Messi Kanadanın "Vantix Magazine" jurnalının versiyasına əsasən, 2026-cı ilin ən yaxşı futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə nəşrin saytında məlumat dərc olunub.

Qeyd edək ki, mükafatçıların adları "Honours 2026" mükafatlandırma mərasimi çərçivəsində açıqlanıb.

Xatırladaq ki, Lionel Messi bu ilin oktyabrında Argentina millisi ilə vidalaşdığını elan edib.

O, karyerası ərzində Argentina yığmasının heyətində bir dəfə dünya, bir dəfə Olimpiya və iki dəfə Amerika Kubokunun (Kopa Amerika) qalibi olub.

Bundan başqa, Messi səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülərək rekorda imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin