Ermənistanda hakimlər Masis Melkonyan və Gevorq Poqosyan barəsində cinayət təqibinə başlanılıb, onların ölkədən çıxışına qadağa tətbiq edilib.
Bizim.Media NEWS.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.
Hər iki hakimə qarşı cinayət təqibi başlanılıb. Onlar vəzifəli şəxs kimi hakimiyyətdən və ya xidməti səlahiyyətlərdən sui-istifadə etməkdə, yaxud səlahiyyət həddini aşmaqda şübhəli bilinirlər.
Qeyd edək ki, Masis Melkonyan hakimiyyətin “sevimli” hakimi hesab olunur.
Bizim.Media

- A-
- A
- A+
Region
14:12 / 15.11.2026
Ermənistanda iki hakimin ölkədən çıxışına qadağa qoyuldu
Hazırda oxunan: Ermənistanda iki hakimin ölkədən çıxışına qadağa qoyuldu
Hazırda oxunan: Ermənistanda iki hakimin ölkədən çıxışına qadağa qoyuldu
647824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































