Putin Ukraynada sülh naminə Avropanın diz çökməsini istəyir – The Independent

Hazırda oxunan: Putin Ukraynada sülh naminə Avropanın diz çökməsini istəyir – The Independent

647814

Moskva ABŞ-ın vasitəçiliyi ilə keçirilən Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara Avropa ölkələrinin də qatılmasına razılıq verib. Lakin qəzetin təhlilinə əsasən, Kremlin bu razılığı Avropanın müdafiə qabiliyyətini uzun müddət zəiflədə biləcək ağır şərtlər bahasına başa gələ bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" nəşri yazıb.

Mənbə qeyd edir ki, Rusiya Şərqi Avropada keçmiş sovet təsirini bərpa etməyə və NATO-nun birliyini sarsıtmağa çalışır. Məqalədə iddia olunur ki, Kreml "sülh təşəbbüsü" adı altında Avropanı öz təhlükəsizliyini Ukraynada sülhlə dəyişməyə məcbur etməyə çalışır.

"The Independent"in məlumatına görə, Moskvanın Avropa ölkələri qarşısında qoyduğu əsas tələblər aşağıdakılardır:

Rusiyanın Ukraynadakı ərazi iddiaları ilə razılaşmaq;

Yeni müdaxilə ehtimalına qarşı Kiyevə təhlükəsizlik zəmanətləri verməkdən və orada xarici qoşun yerləşdirməkdən imtina etmək;

Avropa ölkələrinin öz ərazilərində NATO qüvvələrinin mövcudluğunu və Şərqi Avropada raketlərin yerləşdirilməsini geniş miqyasda məhdudlaşdırmaq.
 

Kremlin mətbuat katibi Dmitri Peskov cümə günü Moskvanın mövqeyini şərh edərkən bildirib ki, avropalıların əsl niyyətləri və sülh prosesinə töhfə verməyə hazır olduqları aydınlaşdıqdan sonra dialoqun genişləndirilmiş formatda keçirilməsi barədə qərar qəbul edilə bilər.


Məqalədə həmçinin ABŞ prezidenti Donald Trampın nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun cümə axşamı Vladimir Putinlə görüşünə toxunulur. Britaniyalı jurnalistlərin fikrincə, danışıqlar zamanı Rusiya tərəfi ABŞ nümayəndə heyətini üstələyib və Ağ Evi müharibədə öz qələbəsinə inandıra bilib. Nəşr yazır ki, Vaşinqton özü də avropalıları danışıqlar masasında görməyə o qədər də maraqlı olmayıb.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə Tramp administrasiyasının Rusiyanın ərazi iddialarını dəstəkləməsindən narazılığını gizlətməyib. O, Cared Kuşnerin Rusiya və Ukrayna arasında istənilən razılaşma üçün avropalıların da iştirakının vacibliyini nəhayət etiraf etdiyini vurğulayıb.

Nəşr xatırladır ki, Moskva tam nəzarət etmədiyi dörd şərqi Ukrayna vilayətinin Rusiyaya verilməsini, Kiyevin bloklara qoşulmamaq statusunu, ordusunun ixtisarını və gələcəkdə ölkə ərazisində xarici hərbi kontingentin yerləşdirilməsinin qadağan edilməsini tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin