Rusiya Dövlət Statistika Xidmətinin sındırılmış məlumat bazasının təhlili Rusiya vətəndaşlarının təxminən 300 nəfərinin ölümü ilə bağlı halları üzə çıxarıb. Onların, ehtimal ki, “Vaqner” özəl hərbi şirkətinin və “Afrika korpusu”nun muzdlu döyüşçüləri olduğu bildirilir.
Bizim.Media xəbər verir ki, onlar 2021-ci ildən bəri bu Afrika ölkəsində fəaliyyət göstərirlər.
Əhəmiyyətli itkilər barədə məlumatlar hakerlərin ələ keçirdiyi və analitik Yanis Kluqenin təhlil etdiyi Rusiya Dövlət Statistika Xidmətinin məlumatlarında əksini tapıb.
Hakerlər Rusiya statistika xidmətinin elektron sənəd dövriyyəsi sistemini və məlumat bazalarını sındırıblar. Həmin bazalarda 2026-cı il avqustun 28-dək olan statistik, iqtisadi və şəxsi məlumatlar, eləcə də əhalinin siyahıyaalınması materialları yer alır.
Kluqenin sözlərinə görə, araşdırılan məlumat bazasında rusiyalıların ölüm hallarının kəskin artımı müşahidə olunur.
Bu artımlar Malidə üsyançıların hücumları ilə eyni dövrə təsadüf edir: birincisi 2024-cü ilin iyulunda, ikincisi isə 2026-cı ilin aprelində qeydə alınıb.
Hər iki hücum zamanı “Vaqner” özəl hərbi şirkətinin onlarla döyüşçüsü həlak olub. Ümumilikdə, məlumatların təhlili Malidəki Rusiya hərbi birləşmələri ilə, ehtimal ki, əlaqəli olan təxminən 300 rusiyalının öldüyünü göstərir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:21 / 15.11.2026
Malidə məhv edilən 300 rusiyalı “Vaqner”in döyüşçüləri olub - Yeni detallar
Hazırda oxunan: Malidə məhv edilən 300 rusiyalı “Vaqner”in döyüşçüləri olub - Yeni detallar
Hazırda oxunan: Malidə məhv edilən 300 rusiyalı “Vaqner”in döyüşçüləri olub - Yeni detallar
647864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































