Kuşner: Ukrayna müharibəsinin başa çatması üçün yeni ideyalar ortaya çıxdı - Foto

Hazırda oxunan: Kuşner: Ukrayna müharibəsinin başa çatması üçün yeni ideyalar ortaya çıxdı - Foto

647805

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra müharibənin başa çatmasına kömək edə biləcək yeni ideyalar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, hazırda o və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna, Rusiya və Avropalı tərəfdaşlarla məsləhətləşmələri davam etdirirlər.
 

Kuşner qeyd edib ki, yeni ideyalardan bəziləri birbaşa irəliləyişə səbəb ola, digərləri isə mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edəcək təkliflər üçün əsas yarada bilər.


O bildirib ki, hər iki tərəf müharibənin başa çatması üçün praktiki kompromislərin zəruri olduğunu anlayır. Donald Tramp isə yalnız Ukrayna və Avropanın təhlükəsizliyini gücləndirəcək razılaşmaları dəstəkləyəcək.

Hazırda ABŞ tərəfi Moskva ilə Avropalı tərəfdaşlar arasında birbaşa dialoqun təşkil edilməsi və üçtərəfli danışıqların növbəti mərhələsinin gündəliyinin hazırlanması üzərində işləyir.

Kuşner: Ukrayna müharibəsinin başa çatması üçün yeni ideyalar ortaya çıxdı - Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin