Kseniya Sobçak Rusiyada biznes aça bilər - Qadağa ləğv edildi

Hazırda oxunan: Kseniya Sobçak Rusiyada biznes aça bilər - Qadağa ləğv edildi

647813

Jurnalist və teleaparıcı Kseniya Sobçakın Rusiyada yeni biznes açmasına qoyulan qadağa aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bunu RİA Novosti agentliyi Federal Vergi Xidmətinin (FNS) məlumatlarını araşdırarkən müəyyən edib.
 

Məhdudiyyət oktyabrın sonunda onun “Şi” MMC-sinin şirkət adından etibarnamə olmadan fəaliyyət göstərmək hüququ olan şəxs barədə Vahid Dövlət Hüquqi Şəxslər Reyestrinə qeyri-dəqiq məlumat daxil etməsi səbəbindən tətbiq edilmişdi.


Hazırda şirkətin məlumatlarının qeyri-dəqiqliyi ilə bağlı qeyd aradan qaldırılıb. Nəticədə Sobçakın yeni biznes qeydiyyatdan keçirməsinə qoyulan məhdudiyyət də ləğv edilib.

Qanunvericiliyə əsasən, vergi orqanı əvvəllər nəzarət payına sahib olduğu və ya rəhbərlik etdiyi şirkətin məlumatlarında qeyri-dəqiqlik qeydi olan şəxsin yeni biznesinin qeydiyyatından imtina edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin