5 min hərbçi Polşada təlim keçir - Ukraynada sülhməramlı missiyaya qatılacaqlar

Hazırda oxunan: 5 min hərbçi Polşada təlim keçir - Ukraynada sülhməramlı missiyaya qatılacaqlar

647854

Polşada Ukraynada mümkün sülhməramlı missiyaya hazırlıq çərçivəsində “Koalisiya 26.2” adlı hərbi təlimlər keçirilir. Təlimlərdə təxminən 5 min hərbçi iştirak edir.

Bizim.Media “Wyborcza.pl” nəşrinə istinadən xəbər verir ki, noyabrın 22-dək davam edəcək təlimlərə Fransa, Böyük Britaniya, Almaniya, İsveç və Türkiyə də daxil olmaqla 11 tərəfdaş ölkədən 2 800 hərbçi, həmçinin Polşanın 2 minə yaxın hərbçisi qatılıb.

2025-ci ildə Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan “Könüllülər koalisiyası” Rusiyayla atəşkəs əldə edildikdən sonra Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olduğunu bəyan edən ölkələri birləşdirir. Bu təşəbbüs NATO strukturlarından kənar fəaliyyət göstərir.

Təlimlər zamanı qoşunların sürətli yerləşdirilməsi, texnikanın daşınması, təchizatın təşkili, hərbi hissələrin müdafiəsi və zədələnmiş texnikanın təmiri üzrə bacarıqlar yoxlanılır. Dənizdə minaların təmizlənməsinə hazırlıq da proqramda yer alır.

Bununla belə, Polşanın baş naziri Donald Tusk ölkəsinin Ukraynaya hərbçi göndərməyəcəyini və bunun heç bir ssenaridə nəzərdə tutulmadığını bildirib. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da ölkəsinin başqa vəzifələrinin olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin