Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Şəkinin Şin kəndində indiyədək təbii qaz olmayıb.
Bizim.Media xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ötən il kənddə qaz xəttinin çəkilişinə başlanılsa da, işlər tamamlanmayıb.
Sakinlər əvvəlki illərlə müqayisədə bu il odun əldə etməyin də çətinləşdiyini bildirirlər.
"Odun yoxdur. Biz necə edək? Camaat soyuqdan qırılır", - sakinlərdən biri deyib.
"15-16 dərəcə şaxta olur. Evdə isti paltarla yatırıq, isti paltarla da oyanırıq. Axırımız necə olacaq? Bizə bir çarə qılsınlar. Xahiş edirəm, hökumət bir tədbir görsün ki, bu vəziyyətdən çıxa bilək", - başqa bir sakin bildirib.
Bizim.Media







































































































