Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirildi - Foto

Hazırda oxunan: Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirildi - Foto

647392


Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seminarda hər iki ölkə ordularının komanda-nəzarət, radioelektron mübarizə və kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin göstərilən sahələrdə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə ətraflı müzakirələr aparılıb.

Seminar çərçivəsində müxtəif mövzular üzrə çıxış edən məruzəçilər mövcud fəaliyyət mexanizmləri barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda tərəflər arasında "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu cür əməkdaşlıq hər iki ölkə ordularının döyüş hazırlığının artırılmasına, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə və təlim-tədris üzrə hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirildi - Foto - foto 1
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirildi - Foto - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin