Acun İlıcalıdan böyük müqavilə: Avropa kubokları yenidən “Exxen”də yayımlanacaq

Hazırda oxunan: Acun İlıcalıdan böyük müqavilə: Avropa kubokları yenidən “Exxen”də yayımlanacaq

647333

Acun İlıcalının sahibi olduğu “Exxen” rəqəmsal yayım platforması UEFA Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Superkubokunun Türkiyə üzrə yayım hüquqlarını dörd illiyinə əldə edib.

Bizim.Media xəbər verir ki, yeni müqavilə 2027-2028-ci il mövsümündən qüvvəyə minəcək və 2030-2031-ci il mövsümünün sonunadək davam edəcək.

Avropa kuboklarının Türkiyədə yayım hüquqları 2021-2024-cü illərdə “Exxen”ə məxsus olub. 2024-2025-ci il mövsümündən etibarən bu hüquqları TRT əldə edib və oyunlar TRT kanalları, eləcə də “tabii” platforması vasitəsilə yayımlanıb.

Yeni razılaşmaya əsasən, Avropa futbolunun əsas klub turnirləri üç mövsümlük fasilədən sonra yenidən “Exxen”ə qayıdacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin