“Ölkəmizdə hər hansı bir məzhəb istiqamətində dini təhsil yoxdur” – Gündüz İsmayılov

Hazırda oxunan: “Ölkəmizdə hər hansı bir məzhəb istiqamətində dini təhsil yoxdur” – Gündüz İsmayılov

647330

“Azərbaycanda yeganə ali dini təhsil verən Azərbaycan İlahiyyat İnstitutudur. Orta ixtisas təhsil müəssisəsi isə İlahiyyat İnstitutunun tabeliyindəki Bakı İlahiyyat Kollecidir”.

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Azərbaycanda dini təhsil pulsuzdur və dini təhsil qiyabi ola bilməz. Biz məzhəblərüstü dini təhsil veririk, başqa sözlə, hər hansı bir məzhəb istiqamətində təhsil yoxdur və qızlar və oğlan tələbələr eyni auditoriyada təhsil alırlar. Bu, Azərbaycana xas dini təhsil xüsusiyyətlərindən biridir", - deyə o vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin