Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə ictimaiyyətə təqdim olunacaq.
Bizim.Media “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, layihədən Müstəqillik Bəyannaməsinə istinad çıxarılacaq.
Bununla yanaşı, hakimiyyət komandası ölkədə andlı iclasçılar institutunun (cinayət mühakimə icraatında vətəndaşların məhkəmə prosesində iştirakını nəzərdə tutan hüquq institutu – red.) tətbiqini müzakirə etməyə davam edir. Bu məsələ hakim “Vətəndaş Müqaviləsi” partiyası daxilində fikir ayrılığına səbəb olub.
Nəşrin məlumatına görə, partiyanın qapalı iclasında iştirak edənlərin əksəriyyəti Ermənistan kimi cəmiyyətin bir-birini yaxından tanıdığı ölkədə andlı iclasçılar sisteminin ciddi problemlər yarada biləcəyini bildirib.
Baş nazir Nikol Paşinyan isə bu mövqe ilə razılaşmayıb. O, sabiq prezident Robert Köçəryan və Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyanın məhz xalqın tələbi ilə həbsdə olduğunu bildirərək, andlı iclasçılar institutunun faktiki olaraq artıq mövcud olduğunu, sadəcə onun hüquqi baxımdan rəsmiləşdirilməsinin lazım gəldiyini deyib.
Bizim.Media

- A-
- A
- A+
Region
11:07 / 12.11.2026
Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Hazırda oxunan: Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Hazırda oxunan: Ermənistanın yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
647289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































