Zelenski: “Putin Ukraynada normal həyatı məhv etmək istəyir”

Hazırda oxunan: Zelenski: “Putin Ukraynada normal həyatı məhv etmək istəyir”

647389

Volodimir Zelenski bildirib ki, Vladimir Putin Ukraynanın ən böyük şəhərlərində normal həyatı məhv etmək niyyətindədir və bunun üçün raket və pilotsuz uçuş aparatları ilə hücumları gücləndirməyə çalışacaq.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, Zelenski bu barədə Avropa Siyasi Birliyinin IX sammitinin iştirakçılarına videomüraciətində danışıb.

Onun sözlərinə görə, Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya tərəfi Qara dənizdə gərginliyin azaldılması və Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı tədbirləri müzakirə etməkdən imtina edib.

Zelenski Avropa tərəfdaşlarını Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirməyə, Patriot və NASAMS sistemləri üçün raketlər, F-16 qırıcıları üçün döyüş sursatları, həmçinin enerji avadanlıqları ilə təmin etməyə çağırıb.

O bildirib ki, Rusiya “Şahed” tipli reaktiv dronların istehsalını və onlardan istifadə etməklə hücumların sayını artırmağı planlaşdırır.

Zelenskinin sözlərinə görə, Kiyev, Dnepr, Xarkov, Zaporojye, Odessa və Xerson da daxil olmaqla, Ukraynanın iri şəhərləri davamlı terror hücumlarına məruz qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin