Ermənistanın baş naziri Nikol Paşinyanın Antalyada keçirilən COP31 sammitində iştirakı Türkiyə mətbuatının diqqət mərkəzində olub. Lakin bu dəfə Türkiyə mediasının yayımlarında iqlim müzakirələrinə deyil, Paşinyanın gündəlik həyatına aid məqamlara daha çox yer ayrılıb.
Bizim.Media xəbər verir ki, Türkiyə nəşrləri baş nazirin türk çayından zövq aldığı, eləcə də otel otağında əşyalarını toplayarkən bananı pencəyinin cibinə qoyduğu videoları diqqətə çatdırıblar.
Türkiyənin “Sözcü” nəşri materialını “Paşinyanın Antalyadakı qəribə hərəkətləri” başlığı ilə dərc edib. Məqalədə qeyd olunub ki, baş nazirin paylaşdığı videolar arasında ən çox müzakirə olunan məqamlardan biri bananı pencəyinin cibinə qoyması olub.
“Yeni Akit” qəzeti isə “Paşinyandan Antalyada qəribə görüntülər: bananı pencəyinin cibində gizlətdi” başlıqlı material dərc edərək həmin videonu ətraflı təhlil edib.
Beləliklə, dünya liderləri Antalyada iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etdiyi bir vaxtda Türkiyə mətbuatının bir sıra nəşrlərində Paşinyanın səfərinin ən çox diqqət çəkən detalları bir stəkan çay və pencəyinin cibinə qoyduğu banan olub.
Bizim.Media

- A-
- A
- A+
Region
12:53 / 12.11.2026
Paşinyanın cibinə banan qoyması xəbərinə Türkiyə mətbuatının reaksiyası
Hazırda oxunan: Paşinyanın cibinə banan qoyması xəbərinə Türkiyə mətbuatının reaksiyası
Hazırda oxunan: Paşinyanın cibinə banan qoyması xəbərinə Türkiyə mətbuatının reaksiyası
647321
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































