General Natiq Əliyevin qızına əlavə ittihamlar irəli sürüldü

Hazırda oxunan: General Natiq Əliyevin qızına əlavə ittihamlar irəli sürüldü

647359

500 min manatdan artıq dələduzluqda təqsirləndirilən, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyevaya əlavə maddələrlə də ittiham elan olunub.

Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğunda ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yanaşı daha iki maddə ilə də ittiham elan olunub.

Məlumata görə, T.Əliyevaya qarşı, həmçinin Cinayət Məcəlləsinin 32.4-cü (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə, digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq etməklə cinayətdə iştirakçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin