Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılaraq “Fənərbağça”ya keçə biləcəyi barədə iddia ortaya atılıb.
Bizim.Media Türkiyənin “Haberler” nəşrinə istinadən xəbər verir ki, mümkün transferdə Hakan Safinin Ronaldonu razı salacağı və sponsorluq edəcəyi, Ali Koç və Hamdi Ulukayanın isə maliyyə dəstəyi göstərə biləcəyi bildirilir.
Jurnalist Yağız Sabuncuoğlu da vasitəçi menecerin Ronaldonun Türkiyəyə transfer ehtimalını araşdırdığını açıqlayıb.
Məlumata görə, futbolçunun illik maaşının təxminən 50 milyon avro olacağı ehtimal edilir.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir.
Qeyd edək ki, transferlə bağlı nə klublardan, nə də futbolçunun nümayəndələrindən rəsmi açıqlama verilib.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:30 / 12.11.2026
Kriştiano Ronaldo “Fənərbağça”ya transfer olunacaq? – Video
Hazırda oxunan: Kriştiano Ronaldo “Fənərbağça”ya transfer olunacaq? – Video
Hazırda oxunan: Kriştiano Ronaldo “Fənərbağça”ya transfer olunacaq? – Video
647336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































