Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı verərsə, çox şey itirəcək.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Onun sözlərinə görə, təşkilatda üzvlüyünü davam etdirmək və ya dayandırmaq Ermənistanın öz hüququdur. Lakin KTMT-dən çıxmaq ölkə üçün ciddi nəticələrə səbəb olacaq.
“Bundan sonrası Ermənistanın öz hüququdur – KTMT-də üzvlüyünü qoruyub saxlamaq, yoxsa yox. Düşünürəm ki, əks halda Ermənistan çox şey itirəcək”, – deyə o, Vyetnama səfərinin yekunları ilə bağlı jurnalistlərlə söhbətində vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:40 / 12.11.2026
Ermənistan çox şey itirəcək – Matviyenkodan xəbərdarlıq
Hazırda oxunan: Ermənistan çox şey itirəcək – Matviyenkodan xəbərdarlıq
Hazırda oxunan: Ermənistan çox şey itirəcək – Matviyenkodan xəbərdarlıq
647358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































