Bakı-Sumqayıt yolu nə vaxt işıqlandırılacaq? – Rəsmi açıqlama

Hazırda oxunan: Bakı-Sumqayıt yolu nə vaxt işıqlandırılacaq? – Rəsmi açıqlama

647288

Bakı-Sumqayıt yolunda gecə işıqlandırmasının olmamasının hərəkət iştirakçıları üçün ciddi təhlükə yaratdığı ilə bağlı məlumat vermişdik.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab verilib.

MÖVZU İLƏ BAĞLI: 

Qaranlığa qərq olmuş Bakı-Sumqayıt yolu təhlükə saçır – Video

Cavabda bildirilib ki, Bakı–Sumqayıt avtomobil yolunun ayrı-ayrı hissələrində işıqlandırma sisteminin fəaliyyəti ilə bağlı mövcud problemlər diqqətdə saxlanılır:

 “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə işıqlandırma sistemindəki nasazlıqların və texniki qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin