Tacikistan 2027-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.
Bizim.Media Tacikistanın Xovar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə noyabrın 11-də Moskvada keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında məlumat verilib.
Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəsinin sədrliyi dövründə regional təhlükəsizliyin gücləndirilməsinə, sərhədlərin möhkəmləndirilməsinə və üzv dövlətlər arasında əməkdaşlığın inkişafına diqqət yetiriləcəyini bildirib.
O, həmçinin KTMT-nin yaradılmasının 25 illiyi və Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 35 illiyi ilə bağlı tədbirlərin keçirilməsinin prioritet olacağını qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:15 / 12.11.2026
Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
Hazırda oxunan: Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
Hazırda oxunan: Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
647352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































