Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərləndi: 3-ü azyaşlıdır

Hazırda oxunan: Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərləndi: 3-ü azyaşlıdır

647373

Lənkəran rayonunun Osaküçə kəndində bir ailənin 9 üzvü, o cümlədən 3 uşaq qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı ailə üzvləri səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, ailə üzvləri pomidor turşusu qəbul etdikdən sonra səhhətlərində narahatlıq hiss ediblər.

Onlara xəstəxanada zəruri tibbi yardım göstərilib. Günorta saatlarında isə ailənin bütün üzvləri öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.

Hadisənin səbəbləri və qida zəhərlənməsi ehtimalı ilə bağlı əlavə məlumat verilməyib.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin