"Nvidia"nın baş direktoru istefa verdi

Hazırda oxunan: "Nvidia"nın baş direktoru istefa verdi

647393

Nvidia şirkətinin baş direktoru (CEO) Censen Huang vəzifəsini tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, şirkətə müvəqqəti olaraq maliyyə direktoru Kollett Kress rəhbərlik edəcək.
 

Qeyd edək ki, noyabrın əvvəlində Huangın çinli iş qadını, onunla eyni soyadı daşıyan və Sinqapurda yerləşən “Megaspeed” şirkətinin təsisçisi Elis Huangla münasibətdə olduğu iddia edilmişdi. Həmin şirkət “Nvidia” çiplərinin satın alınması ilə məşğuldur.


ABŞ xüsusi xidmət orqanları Elis Huangın Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyindən şübhələnib. Pekin isə bu ittihamları rədd edib.

Daha sonra “Nvidia”nın hazırkı və keçmiş beş əməkdaşına istinadən Censen Huangın şirkətin səhiyyə istiqaməti üzrə vitse-prezidenti, 48 yaşlı Kimberli Pauelllə də münasibətdə olduğu iddia edilib. Bildirilib ki, Pauell birbaşa Huangın tabeliyində çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin