Putin Uitkoffla görüşdə bir sıra mühüm bəyanatlar verdi

Hazırda oxunan: Putin Uitkoffla görüşdə bir sıra mühüm bəyanatlar verdi

647379

Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Danışıqlarda Ukraynada münaqişənin nizamlanması perspektivləri, humanitar məsələlər və Avropada gələcək təhlükəsizlik arxitekturası müzakirə olunub.

Bizim.Media xəbər verir ki, görüşün yekununda tərəflər bir sıra bəyanatlarla çıxış ediblər.

Rusiya lideri humanitar istiqamətdə irəliləyiş olduğunu bildirib və Rusiya ilə Ukrayna arasında təmasların təşkilinə görə ABŞ Prezidenti Donald Trampa, həmçinin Aleşki ətrafındakı humanitar məsələnin həllində iştirakına görə ABŞ-ın birinci xanımı Melaniya Trampa təşəkkürünü çatdırmağı xahiş edib.

Putin həmçinin Aleşkidəki vəziyyətə bənzər şəkildə Konstantinovkadan humanitar missiyanın təşkilini təklif edib. Onun sözlərinə görə, Rusiya Konstantinovkaya nəzarət edir və belə bir missiyanın təhlükəsizliyini təmin etməyə hazırdır.

Rusiya Prezidenti bildirib ki, Moskvanın şəhər ətrafındakı ərazini minalardan təmizləməsi üçün beş gün vaxt lazımdır. Kiyev Konstantinovkaya nəzarət etdiyini düşünürsə, missiyanın təhlükəsizliyini öz tərəfindən təmin etməlidir.

Avropa ilə dialoqun perspektivlərindən danışan Putin Rusiyanın bu dialoqdan heç vaxt imtina etmədiyini, danışıqlar prosesinin isə Avropa ölkələri tərəfindən dayandırıldığını vurğulayıb.

O, həmçinin Ukraynada “boz zonaların” mövcudluğunu tanımadıqlarını bəyan edib.

“Rusiya üçün yalnız bir sərhəd xətti mövcuddur – dövlət sərhədi”, – deyə Putin bildirib.

Rusiya Prezidenti Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə də yenidən qarşı çıxıb və bunu Rusiyanın milli təhlükəsizliyi üçün qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, belə hərbi kontingentlər Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.

Putin ABŞ-ın Avropa ölkələrinə nəyə nail olmaq istədiklərini (sülhə, yoxsa müharibəyə) müəyyənləşdirməkdə kömək edəcəyinə ümid etdiyini bildirib.

“İstərdim ki, Ukraynada sülh əbədi olsun”, – deyə Rusiya Prezidenti vurğulayıb.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə Rusiya ilə Ukrayna arasında qarşıdakı əsir mübadiləsinin nizamlanma prosesində irəliləyişin göstəricisi olduğunu bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda birbaşa iştirak etməsələr də, baş tutmuş təmaslar barədə məlumatlandırılıblar.

Uitkoff, həmçinin Putinlə bugünkü görüşün nəticələri barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məlumat verəcəyini bildirib.

Xatırladaq ki, noyabrın 12-də Kremldə Vladimir Putin, Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar başlayıb.

Görüş noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən iki günlük danışıqlardan sonra baş tutub. Tərəflər Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı, o cümlədən Kiyev və Avropalı tərəfdaşlarla koordinasiya çərçivəsində hazırlanmış təklifləri müzakirə ediblər.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin