Pərvin Abıyevadan xanımlara: “Xəyanəti bütün kişilər edir, ailənizi dağıtmayın" - Video

Hazırda oxunan: Pərvin Abıyevadan xanımlara: “Xəyanəti bütün kişilər edir, ailənizi dağıtmayın" - Video

647376

Aktrisa Pərvin Abıyevanın ailə münasibətləri və xəyanətlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, sənətçi bu mövzuda danışarkən ailəsində övladları olan qadınların həyat yoldaşının qısamüddətli xəyanətinə görə boşanmaq qərarı verməsini düzgün hesab etmədiyini bildirib.

Pərvin Abıyeva fikirlərini belə ifadə edib:

"Kişi bir-iki saatlıq xəyanət edibsə, məncə, ailəniz, uşağınız varsa, belə bir xəyanətə görə ailəni dağıtmağa dəyməz. Çünki bütün kişilər edir".

Aktrisanın bu açıqlaması birmənalı qarşılanmayıb. Onun fikirləri sosial şəbəkə istifadəçiləri arasında fərqli reaksiyalar doğurub. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin