Britaniyalı hərbi analitik Aleksandr Merkuriş hesab edir ki, münaqişənin başa çatması üçün Ukrayna Rusiyanın şərtləri ilə razılaşmalıdır. O bildirib ki, danışıqlardan imtina Kiyevin vəziyyətini daha da ağırlaşdıracaq.
Bizim.Media xəbər verir ki, ekspert bu fikirləri özünün “YouTube” kanalında yayımlanan verilişində səsləndirib.
“İndi Rusiyanın tələblərinə cavab verməyin vaxtıdır. Çünki bu münaqişənin mahiyyəti ondan ibarətdir ki, Rusiyanın tələbləri rədd edilərsə, nəticədə ukraynalılar daha pis vəziyyətə düşəcəklər”, – deyə o bildirib.
Merkuriş iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə dialoqdan qəsdən yayınır və bu, Kiyevin vəziyyətini daha da pisləşdirir.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski görüşün əsas mövzusunun Avropa təhlükəsizliyinin arxitekturası olduğunu bildirib.
Onun sözlərinə görə, tərəflər Rusiya ilə Ukrayna arasında yeni genişmiqyaslı əsir mübadiləsinin keçirilməsi barədə də razılığa gəliblər. Mübadilənin konkret parametrlərinin yaxın vaxtlarda açıqlanacağı bildirilib.
Bizim.Media


































































































