Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat artıq bəllidir. Peşəkar Futbol Liqası I Liqanın VIII turu çərçivəsində “Xankəndi” - “Karvan-Yevlax” oyununu Xankəndi stadionuna təyin edib. Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.
Bizim.Media xəbər verir ki, tanınmış idman jurnalisti, ATV-nin redaktoru İlkin Xəlilov (Fikrətoğlu) maraqlı təkliflə çıxış edib.
O, Xankəndi futbolunda izi olan 3 şəxsin həmin oyuna dəvət olunması üçün Peşəkar Futbol Liqasına çağırış edib.
“Noyabrın 19-da Azərbaycan futbolu adına tarixi gün olacaq. Müstəqillik dövründə ilk dəfə Xankəndi stadionu bir (yanvardan iki) klubun ev oyunları üçün arena kimi təqdim olunacaq. Sovet dövründəki Stepanakert "Qarabağ"ının 99 faiz ermənilərdən ibarət olduğunu nəzərə alsaq, ilk dəfə təmiz Azərbaycan klubları Xankəndini təmsil edəcək: "Xankəndi" FK və MOİK. Gözəl hadisədir. Noyabrın 19-da keçiriləcək "Xankəndi" - "Karvan Yevlax" matçı üçün bir təklifim var. Bu oyunda Xankəndi futbolunda izi olan 3 şəxsin rəmzi iştirakı əla olar.
Sovet dövründə Xankəndi klubunda oynamış son iki azərbaycanlı Munis Abdullayev və Samir Ələkbərov, həmçinin Xankəndində doğulmuş, futbolun sirlərini burada öyrənmiş, sonradan Ağdam "Qarabağ"ında oynamış Emin Salmanov. Munis Abdullayevə noyabrın 19-dakı oyuna hakim-inspektor kimi təyinat verilə bilər, Samir Ələkbərovla Emin Salmanov isə oyuna mərkəzdən başlayar bilər. Azərbaycan futbolunun 38 ildən sonra Xankəndiyə qayıdışının simvolik rəmzi olaraq. İndi son qərar Peşəkar Futbol Liqasınındır”, - jurnalist bildirib. (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
14:48 / 12.11.2026
Xankəndi stadionunda ilk oyun bu tarixdə keçiriləcək
Hazırda oxunan: Xankəndi stadionunda ilk oyun bu tarixdə keçiriləcək
Hazırda oxunan: Xankəndi stadionunda ilk oyun bu tarixdə keçiriləcək
647346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































