“Nikol budur, ustalıqla insanların cibinə girir” – Levon Zurabyan

Hazırda oxunan: “Nikol budur, ustalıqla insanların cibinə girir” – Levon Zurabyan

647298

Ermənistan Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan Baş nazir Nikol Paşinyan hökumətini biometrik pasportların yüksək rüsumuna görə tənqid edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

Zurabyan bildirib ki, Paşinyan hökumətinin müəyyən etdiyi biometrik pasportun rüsumu 28 650 dramdır. Bu, vergilər tutulmamış orta aylıq əməkhaqqının 9,45 faizinə bərabərdir.

Siyasətçi müxtəlif ölkələrdə pasport rüsumunun orta aylıq əməkhaqqına nisbətini də müqayisə edib. Onun təqdim etdiyi rəqəmlərə görə, Almaniyada bu göstərici 1,26 faiz, Polşada 1,59 faiz, Kanadada 2,12 faiz, Böyük Britaniyada 2,19 faiz, Fransada 2,25 faiz, ABŞ-da isə 2,69 faizdir.

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan üzrə göstəricinin 5,44 faiz, Gürcüstanda 6,93 faiz, Rusiyada 5,98 faiz, Belarusda 3,34 faiz, Qazaxıstanda 7,8 faiz, Tacikistanda isə təxminən 30,45 faiz olduğunu bildirib.

Zurabyanın sözlərinə görə, Ermənistan yalnız Tacikistanı qabaqlayır.

Siyasətçi əlavə edib ki, vətəndaşlar ailə büdcələrindən əhəmiyyətli məbləğ ödəyərək pasportdakı Ağrı dağının təsvirinin çıxarılmasına və Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına görə xərc çəkməli olurlar.

O, həmçinin müqavilənin Paşinyan hökuməti ilə bağlandığı özəl şirkətin fəaliyyətinin yoxlanılmasının vacibliyini vurğulayıb.

“Bütün Nikol budur: insanları aldadıcı yüksək ideallarla şirnikləndirmək və gurultulu şüarlar altında ustalıqla onların ciblərinə girmək”, – deyə Zurabyan yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin