“Taliban” hakimiyyəti kişi həkimlərin qadınları, o cümlədən təcili tibbi yardıma ehtiyacı olan pasiyentləri müalicə etməsini faktiki olaraq qadağan edib.
Bizim.Media xəbər verir ki, “The Guardian” və “Zan Times” nəşrlərinin birgə araşdırmasına görə, məhdudiyyətlər ölkənin bir çox əyalətində tətbiq olunur.
Rəsmi olaraq ölkə üzrə ümumi qadağa elan edilməsə də, tibb işçiləri qadınları müalicə etdiklərinə görə həbs cəzası ilə hədələnirlər.
Jurnalistlərin məlumatına görə, tibb müəssisələrinin nümayəndələrinə kişi həkimlərin yanında məhrəm, yəni kişi qohum olmadan qadınları müayinə edə bilməyəcəkləri barədə xəbərdarlıq edilir. Artıq bəzi həkimlər yoxlamalarla və həbs olunmaq təhdidləri ilə üzləşiblər.
Nəticədə qadınlar ya müalicədən imtina etməyə, ya da lazımi ixtisası olmayan mütəxəssislərə müraciət etməyə məcbur qalırlar.
Herat şəhərinin sakinlərindən biri bildirib ki, hakimiyyət kişi stomatoloqların qadın pasiyentləri qəbul etməsini qadağan etdikdən sonra diş klinikası əvvəlcədən ödənişi edilmiş müalicəni başa çatdırmaqdan imtina edib.
Vəziyyəti qadın tibb işçilərinin çatışmazlığı daha da ağırlaşdırır. 2024-cü ilin dekabrından etibarən qadınlara tibb təhsili almaq qadağan edilib. Həkimlərin bildirdiyinə görə, xəstəxanaların qadın əməkdaşları işə götürmək imkanları da məhdudlaşdırılıb.
İşləməkdə davam edən qadın həkimlər də məhrəmin müşayiəti ilə hərəkət etməyə məcburdurlar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:52 / 12.11.2026
Əfqanıstanda kişi həkimlərə qadınları müalicə etmək qadağan olundu
Hazırda oxunan: Əfqanıstanda kişi həkimlərə qadınları müalicə etmək qadağan olundu
Hazırda oxunan: Əfqanıstanda kişi həkimlərə qadınları müalicə etmək qadağan olundu
647348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































