2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda səlahiyyətli banklar tərəfindən istehlakçılara malların alınması və bir sıra xidmətlərin göstərilməsi zamanı ödənilmiş 175 milyon 266,5 min manat ƏDV geri qaytarılıb.
Bizim.Media-nın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir ki, ƏDV-nin geri qaytarılması neft-qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan mallara şamil olunub.
Bundan əlavə, ƏDV-nin geri qaytarılması mədəniyyət müəssisələrinə və tədbirlərinə giriş, tibbi xidmətlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə yerləşmə və gecələmə xidmətləri üzrə ödənilmiş vergini əhatə edib.
Bununla yanaşı, 2026-cı ilin yanvar-oktyabr aylarında "Tax Free" sistemi çərçivəsində Azərbaycanda şəxsi istehlak məqsədilə alınmış mallara görə xarici vətəndaşlara dövlət büdcəsindən 8 milyon 271,2 min manat ƏDV geri qaytarılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:05 / 12.11.2026
Əhaliyə qaytarılan ƏDV-nin məbləği açıqlandı
Hazırda oxunan: Əhaliyə qaytarılan ƏDV-nin məbləği açıqlandı
Hazırda oxunan: Əhaliyə qaytarılan ƏDV-nin məbləği açıqlandı
647378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































