Dünya şöhrətli müğənni Cennifer Lopez Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində yeni mahnısının sürpriz təqdimatını keçirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı sənətçi yeni mahnısını ilk dəfə dinləyicilərə təqdim edərək, cəsarətli səhnə geyimi və enerjili performansı ilə gecənin diqqət mərkəzinə çevrilib. Şəffaf kombinezonda səhnəyə çıxan Lopez dinamik rəqsləri və coşqulu çıxışı ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
O, səhnədə nümayiş etdirdiyi möhtəşəm şou ilə bir daha sənətkarlığını ortaya qoyub.
Müğənninin yeni mahnısının ilk dəfə səsləndirildiyi gecə həm musiqisi, həm də fərqli səhnə obrazı ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:16 / 12.11.2026
57 yaşlı Cennifer Lopezdən möhtəşəm şou – Şəffaf geyimi gündəm oldu – Video
Hazırda oxunan: 57 yaşlı Cennifer Lopezdən möhtəşəm şou – Şəffaf geyimi gündəm oldu – Video
Hazırda oxunan: 57 yaşlı Cennifer Lopezdən möhtəşəm şou – Şəffaf geyimi gündəm oldu – Video
647365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































