2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 1 milyon 110 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib ki, bu da proqnozu 1 milyard 163,5 milyon manat və ya 3,6 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 milyard 65,2 milyon manat təşkil edərək proqnozdan 1 milyard 274,2 milyon manat və ya 8,6 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat təşkil edərək proqnozdan 11,8 milyon manat və ya 33 faiz, sair daxilolmalar 540 milyon manat təşkil edərək proqnozdan 106,8 milyon manat və ya 24,6 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 613,5 milyon manat təşkil edərək proqnozdan 1,5 milyon manat və ya 0,03 faiz çox, Dövlət Neft Fondundan transfert isə 10 milyard 697 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat təşkil edərək proqnoza qarşı 72,4 faiz icra olunub.
Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 28 milyard 761,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 040,8 milyon manat və ya 3,8 faiz çoxdur.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri isə 34 milyard 082,4 milyon manat məbləğində icra edilib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:37 / 12.11.2026
Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötdü
Hazırda oxunan: Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötdü
Hazırda oxunan: Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötdü
647344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































