Təbiətin gizli təhlükəsi - Zəhərli göbələklərdən ehtiyatlı olun – Video

Hazırda oxunan: Təbiətin gizli təhlükəsi - Zəhərli göbələklərdən ehtiyatlı olun – Video

647391

Göbələk zəhərlənmələri əsasən tərkibində təbii toksinlər olan zəhərli yabanı göbələklərin istehlakı nəticəsində baş verir.

Bizim.Media xəbər verir ki, belə halların yaranmasının əsas səbəbləri göbələk növlərinin düzgün tanınmaması, zəhərli növlərin yeməli göbələklərlə qarışdırılması, eləcə də məhsulun toplanması, saxlanması və hazırlanması zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir.

Xüsusilə qeyd edilməlidir ki, bəzi zəhərli göbələklər zahiri görünüşünə görə yeməli növlərlə çox oxşardır. Buna görə də göbələklərin yalnız rənginə, formasına, qoxusuna və digər zahiri əlamətlərinə əsaslanaraq onların yeməli və ya zəhərli olduğunu müəyyən etmək mümkün deyil.

Göbələk zəhərlənmələri daha çox yaz və payız aylarında, yabanı göbələklərin təbiətdən toplanması və istehlakının intensivləşdiyi dövrlərdə müşahidə olunur. Zəhərlənmənin ağırlıq dərəcəsi göbələyin növündən və tərkibindəki toksinlərin xüsusiyyətlərindən asılıdır. Bəzi zəhərli göbələklərin istehlakı qaraciyər və böyrəklərin zədələnməsinə, sinir sisteminin fəaliyyətinin pozulmasına, mədə-bağırsaq pozğunluqlarına, ağır hallarda isə ölümə səbəb ola bilər.

Göbələk zəhərlənmələrinin qarşısının alınması məqsədilə istehlakçılara mənşəyi və növü məlum olmayan yabanı göbələkləri toplamamaq və istehlak etməmək tövsiyə olunur. Həmçinin göbələklərin küçə ticarəti və səyyar satış məntəqələrindən alınmasından çəkinmək vacibdir.

Belə satış yerlərində məhsulun mənşəyini, toplandığı ərazini, eləcə də toplanma və saxlanma şəraitini müəyyənləşdirmək çətin ola bilər. Buna görə də göbələk alarkən mənşəyi məlum olan və müvafiq tələblərə uyğun fəaliyyət göstərən stasionar satış məntəqələrinə üstünlük verilməlidir.       


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin