Nvidia rəhbərinin sevgilisi Çinin xeyrinə casusluq edib? – İstefası tələb olunur - Foto

Hazırda oxunan: Nvidia rəhbərinin sevgilisi Çinin xeyrinə casusluq edib? – İstefası tələb olunur - Foto

647350

“The Economist” nəşri Nvidia şirkətinin rəhbəri Censen Huangın istefaya getməli olduğunu yazıb.

Bizim.Media xəbər verir ki, nəşrin məlumatına görə, Huangın Megaspeed şirkətinin rəhbəri Elis Huangla nikahdankənar münasibəti və həmin şirkətin Çinə çip qaçaqmalçılığında şübhəli bilinməsi ciddi maraqlar toqquşması yaradıb.

ABŞ rəsmiləri qadının Çinin xeyrinə casusluq etdiyindən şübhələnirlər.

Məqalədə Nvidia rəhbərinin Çinə çip ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasını dəstəkləməsi də tənqid olunub.

Nəşr ABŞ Ticarət Nazirliyinin rəhbəri Hovard Latnikin də qalmaqalla bağlı məsuliyyət daşıdığını və istefaya getməli olduğunu bildirib.

“The Economist” hesab edir ki, qalmaqal Nvidia-nın nüfuzuna və ABŞ-ın milli təhlükəsizliyinə zərər vurur.

Nvidia rəhbərinin sevgilisi Çinin xeyrinə casusluq edib? – İstefası tələb olunur - Foto - foto 1
Nvidia rəhbərinin sevgilisi Çinin xeyrinə casusluq edib? – İstefası tələb olunur - Foto - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin