Aldığımız son məlumata görə, Müsavatın Qubadlı rayon təşkilatı xeyli mübahisə doğuracaq qərar qəbul edib. Ötən axşam rayon partiya təşkilatının İdarə Heyəti təcili toplanaraq partiya üzvü Məhəbbət Muradovu təşkilatdan xaric edib.
Buna səbəb Məhəbbət bəyin Moderator.az-a verdiyi açıqlama olub. Xatırladaq ki, rayon təşkilatının təşkilatı məsələlər üzrə sabiq müavini M. Muradov həmin açıqlamasında qurultaydan qabaq və sonra qarşlılaşdığı bir sıra Nizamnamə pozuntularını dilə gətirmiş və bununla da yeni başqanın legitimliyini şübhə altına almışdı.
Dilə gətirilən bu iradları başqanın şərəf və ləyaqətini təhqir kimi qiymətləndirən İdarə Heyəti Məhəbbət bəyin partiyada qala bilməyəcəyinə qərar verib. Maraqlıdır ki, Nizamnaməyə zidd olaraq toplantıda məsələsi müzakirəyə çıxarılan üzvün özü iştirak etməyib.
Məhəbbət bəy həm bununla bağlı, həm də təşkilatın kimlər tərəfindən idarə olunduğu haqqında Moderator.az-a təfsilatlı məlumat verəcəyini bildirib.
Bizi izləyin.






































































































