Ermənistan müdafiə naziri ordunu idarə edə bilmir

Hazırda oxunan: Ermənistan müdafiə naziri ordunu idarə edə bilmir

240583
Sentyabrın 18-də Ermənistan baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Səfər zamanı qondarma rejimin başçısı Bako Saakyan ilə görüşüb. Görüş əsnasında şimal sərhədin bir neçə hərbi hissələrin mövcud şəraiti və əsgərlərin xidməti vəziyyəti ilə yaxından tanış olub. Hərbi hissələrlə tanışlıq zamanı N.Paşinyan və qondarma rejimin başçısı Bako Saakyana Ermənistan Müdafiə naziri David Tonoyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan, qondarma rejimin Müdafiə naziri Levon Mnatsakanyan və digər rəsmi şəxslər də müşayiət edib.xa0
Bununla yanaşı N.Paşinyanın işğal altında olan Azərbaycan torpaqlarında yerləşən hərbi hissələri ziyarət etməsindəki əsas səbəblərdən biri də son zamanar əsgər ölümlərinin artması ilə bağlıdır. Böyük ehtimal ki, işğal altında olan Dağlıq Qarabağa səfər etməsi məhz orada yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxsin intihar etməsi ilə əlaqədardır.xa0
Qeyd edim ki, N.Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ordusu və qondarma rejimdə əsgər ölümləri ilə bağlı hadisələr daha geniş yayılıb.xa0
Bir sözlə,Aprel döyüşləri və Günnüt əməliyyatlarındakı məğlubiyyətlərdən sonra Ermənistan ordusundakı böhran getdikcə dərinləşir.
Emənistan Müdafiə naziri D.Tonoyan isə bu məsələlərin həll etməkdə çətinlik çəkir. Çıxış yolunu da həqiqətləri xalqdan gizlətməkdə görür. Həmçinin D.Tonoyan Ermənistan ordusunda xidmət edən əsgərlərin ilin sonunadək yeni keyfiyyətli batinka və formalarla təmin ediləcəkdir şəklində bəyanatlar səsləndirərək xalqın diqqətini yayındırmağa və guya ordudakı vəziyyətin yaxşıya doğru getdiyini göstərməyə çalışır. Lakin bu zaman belə bir sual yaranır ki, həqiqətən Ermənistan ordusunda vəziyyət yaxşıya doğru gedirsə onda niyə erməni "dığa"ları xidmət etməkdən boyun qaçırdaraq intihara cəhdə edirlər?

Analitik Ehtiram Aşırlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin