İranda dövlət qurumlarının xarici mesajlaşma tətbiqləri və digər beynəlxalq rəqəmsal platformalarda rəsmi məlumatlandırma fəaliyyəti aparmasına qoyulan qadağa ləğv edilib.
Bizim.Media bu barədə "Azad İran" Telegram kanalına istinadən xəbər verir.
Qərar İranın Virtual Məkanın Tənzimlənməsi və İdarə Olunması üzrə Xüsusi Qərargahının iclasında bütün üzvlərin razılığı ilə qəbul edilib.
Yeni qərara əsasən, dövlət qurumlarına xarici platformalarda rəsmi hesablar və kanallar vasitəsilə fəaliyyət göstərməyə icazə verilir.
İran rəsmilərinin sözlərinə görə, bu məhdudiyyət bir neçə il əvvəl tətbiq edilib və dövlət qurumlarının əhalinin geniş istifadə etdiyi beynəlxalq platformalarda birbaşa məlumat yaymasına mane olub.
Bizim.Media

- A-
- A
- A+
Region
19:42 / 06.09.2026
İran 10 illik qadağanı aradan qaldırdı
Hazırda oxunan: İran 10 illik qadağanı aradan qaldırdı
Hazırda oxunan: İran 10 illik qadağanı aradan qaldırdı
635123
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































