Gəncədə xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində baş verib.
Hərəkətdə olan "KİA" markalı avtomobillə "Opel" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "KİA" markalı maşın ağaca çırpılıb. Qəza zamanı 1963-cü il təvəllüdlü Ziyarət Rəşidova, Röyal Rəşidov və daha bir neçə nəfər xəsarət alıb.
Yaralıların bir qismi özəl xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:34 / 06.09.2026
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var
Hazırda oxunan: Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var
Hazırda oxunan: Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var
635116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































