Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi - FOTO

Hazırda oxunan: Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi - FOTO

635121

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib. 

Bizim.Media xəbər verir ki, nazir Kəmaləddin Heydərov Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib.

B.Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.

“Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İ. Nəsirov bu təyinata qədər həmin Agentliyin rəis müavini vəzifəsini icra edib.

Fotoda: Bəxtiyar Tağıyev


Fotoda: İsmayıl Nəsirov

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin