İran tankeri Oman körfəzində batdı

Hazırda oxunan: İran tankeri Oman körfəzində batdı

635099

İranın “M/T Kylo” neft tankeri ABŞ-nin raket zərbələrindən sonra Oman körfəzində batıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.
 

Bildirilir ki, zərbələrdən sonra gəmidə yanğın baş verib, daha sonra tanker aşıb və suya qərq olub. CENTCOM-un məlumatına görə, hücumdan əvvəl heyətə gəmini tərk etmək barədə xəbərdarlıq edilib.


Buna cavab olaraq İran qüvvələri ABŞ ilə əlaqəli 6 ticarət gəmisinə, o cümlədən Hörmüz boğazı və Fars körfəzində olan 3 neft tankerinə zərbələr endirib.

Xatırladaq ki, sentyabrın 5-də ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 3 neft tankerini hədəf almışdı. CENTCOM bu əməliyyatın İranın ABŞ aviadaşıyıcısına və raket esminesinə atdığı ballistik raketlərə cavab olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin