Süni intellektin köməyi ilə insanlar üçün ilk dərman yaradıldı

Hazırda oxunan: Süni intellektin köməyi ilə insanlar üçün ilk dərman yaradıldı

635113

Çin Xalq Respublikasında süni intellekt (Sİ) vasitəsilə hazırlanan və insanların müalicəsi üçün nəzərdə tutulan ilk dərman təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, "Mprosevir" adlı preparat böyüklərdə COVID-19-un yüngül və orta ağır formalarının müalicəsi üçün təyin olunub.

Bu layihə DNT-kodlaşdırılmış kitabxanalar texnologiyasının yaranmasından 34 il sonra tarixi irəliləyiş kimi qiymətləndirilir.

Məlumata görə, bu, Çində süni intellektdən mühüm dərəcədə istifadə olunmaqla hazırlanan birinci sinif innovativ preparatdır.

Alimlər qrupu iki il ərzində seçilmiş strukturu optimallaşdıraraq onun effektivliyini artırıb və toksikliyini azaldıb.

Məsələni şərh edən Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, akademik Gennadi Oniştşenko süni intellektin dərmanlərin hazırlanması və istehsalını nəzərəçarpacaq dərəcədə sürətləndirə biləcəyini vurğulayıb. Lakin o, süni intellektin mütəxəssisləri əvəz etmədiyini, dərmanın ideyası, əsas tapşırıqların qoyuluşu və əsas qərarların qəbulunun yenə də insanların öhdəsində qaldığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin