Həvəskar astronom Marsın orbitində yeni asteroid kəşf etdi

Hazırda oxunan: Həvəskar astronom Marsın orbitində yeni asteroid kəşf etdi

635109

Kırımın Nauçnı qəsəbəsindən olan həvəskar astronom Gennadi Borisov diametri təxminən 100 metr olan və Marsın orbitini kəsən yeni asteroid aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.

Borisovun sözlərinə görə, yeni asteroid Yer üçün təhlükə yaratmayan traektoriya ilə hərəkət edir, uzadılmış orbit üzrə Marsa yaxınlaşır və daha sonra Marsla Yupiter arasındakı asteroid qurşağına doğru irəliləyir.

Həmçinin məlum olub ki, astronom cari ilin may-avqust ayları ərzində hər birinin diametri bir neçə on metr olan doqquz yaxınyerüstü asteroid kəşf edib.

Qeyd edək ki, özü tərəfindən düzəldilmiş teleskoplarla müşahidələr aparan Gennadi Borisov ümumilikdə 150-dən çox asteroid və 16 komet kəşf edərək bu göstəriciyə görə dünyanın aparıcı həvəskar astronomlarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin