Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşına xəyanət iddiasından yazan “Hraparak” qəzetinə qarşı iddiası üzrə məhkəmənin qərarından apellyasiya şikayəti verib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan ötən il qaldırdığı məhkəmə iddiasında qəzetin “Paşinyan arvadını aldadırmı?” məqaləsində dərc olunan yazını böhtan adlandırıb.
O, bu yazının böhtan xarakterli olduğunu bildirib və 2600 dollar təzminat, həmçinin nəşrin bütün platformalarında qeyri-müəyyən müddətə təkzib tələb edib.
Mart ayında birinci instansiya məhkəməsi qəzetin yaydığı məlumatı təkzib etməsini əmr edib, lakin maddi təzminat tələbini rədd edib. Paşinyan indi bu qərardan apellyasiya şikayəti verib.
Bizim.Media































































































